Bayden Ukraynanın bayramını 3 milyardlıq paketlə təbrik etdi
Co Bayden Ukraynanın Müstəqillik Gününü 3 milyard dollarlıq paketlə qeyd edir
ABŞ prezidenti Co Bayden çərşənbə günü Ukraynanın Müstəqillik Gününü Rusiya ilə müharibədə Kiyevə təxminən 3 milyard dollarlıq hərbi yardım paketi ilə qeyd edib.
Bu, Rusiyanın Ukraynaya hücumundan sonra Kiyevə ayrılan ən böyük dəstək tranşıdır. Yardım transmşının açılması ABŞ rəsmilərinin Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və hökumət obyektlərinə qarşı yeni hücumlar planlaşdırdığı barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir.
"Amerika Birləşmiş Ştatları Ukrayna xalqı öz suverenliyini müdafiə etmək üçün mübarizəni davam etdirərkən onları dəstəkləməyə sadiqdir" deya, Bayden paketi elan edərkən vurğulayıb.