İranlı bloqer qızın müəmmalı ölümü
İranın "Həmşəhri" qəzeti yazir: Gənc bloger qız Zeynəb Musəvi öz izləyiciləri üçün canlı yayım etdikdən sonra şübhəli şəkildə ölüb və onun cansız bədəni küçədə aşkarlanıb.
Dünən səhər Tehranın polis idarəsinin müstəntiqi Vahid Naseri 24 yaşlı qızın şübhəli şəkildə ölməsi xəbərini alıb.
Gənc qız İnstaqramda aktiv idi və çoxlu izləyiciləri olub, amma indi onun cəsədi Tehranın küçələrindən birində tapılıb.
Həkimlər onun ölümünün ilkin səbəbinin zəhərlənmə olduğunu açıqlayıblar, digər tərəfdən isə polisin araşdırmasından sonra məlum olub ki, gənc qız ölümündən bir saat öncə özü ilə bağlı canlı yayım açıb və o, öz ömrünü zəhərlə bitirəcəyimi bildirib.
İRNA: Zeynəb Musəvi intihar etdiyini təkzib edir.
Zeynəb Musəvi İRNA-ya müsahibəsində deyib: “Bu gün bir neçə story paylaşmışam. Amma bu şayiənin necə yayıldığını bilmirəm. Bundan əlavə, mən evlənməyə hazırlaşıram və hələ uzun illər yaşamaq istəyirəm!"