Baş nazir: "Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı inkişaf edəcək"
Baş nazir Əli Əsədov Adılbek Kasımaliyevə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Lim10.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məktubda Azərbaycan ilə Qırğızıstan arasında ümumi tarixi köklər və mənəvi dəyərlər üzərində qurulmuş ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq bildirilib.
Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının artan xətt üzrə səmərəli şəkildə inkişaf edəcəyinə, yeni məzmun və birgə layihələrlə zənginləşəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda, iki ölkənin qardaş xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdirilməsi üçün fəal işbirliynə hazırlıq ifadə olunub.