İsrailin BMT-dəki səfiri İran xalqına fars dilində səsləndi

İsrailin BMT-dəki nümayəndəsi, səfir Denni Danon fars dilində İran xalqına səslənib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, o, BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki hadisələrlə bağlı iclasında danışıb.

Danon etdiyi çıxışında bölgədə baş verən hadisələrə və Tehranın müttəfiqi Bəşar Əsəd rejiminin devrilməsinə toxunub, sonra isə İran xalqına səslənib.

"Ey İran xalqı! Bu tarixi fürsəti qaçırmayın. İsrail xalqı sizinlədir", - deyə o bildirib.

O, həmçinin İranın bölgə və dünya üçün təhdidlərindən söz açıb.

"Biz azadlığın qiymətini və onun tələb etdiyi cəsarəti bilirik. Sizin mübarizəniz təkcə özünüz üçün deyil, bu rejimin sabitliyi pozduğu və məhv etdiyi milyonlarla insan üçündür. Tarix, mədəniyyət və müqavimətlə zəngin olan bir ölkəni yenidən qurmaq gücü sizin əlinizdədir. Bu, Şura və dünya üçün unikal imkandır. İranın nüvə silahı əldə etməsinin qarşısını alın və SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatı kimi təqdim edin", - deyə səfir vurğulayıb.