Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi

"İrəvan və Bakının komissiyaları delimitasiyasının sərhədlərin hansı hissəsində davam etdiriləcəyini müzakirə etmək üçün tezliklə görüşə bilərlər".

Lim10.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinə müsahibəsində məlumat verib.

"Ermənistan və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub, bu isə o deməkdir ki, delimitasiya prosesi davam etməlidir. Düşünürəm ki, sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə etmək üçün yaxın vaxtlarda delimitasiya komissiyaları görüşəcəklər. Biz konkret, konstruktiv işə köklənmişik", - deyə Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verib.