Beyləqanda "Azad İstehlakçı"ların layihəsi uğurla davam edir

AİİB-in sədri: Eyyub Hüseynov

Beyləqanda “Azad İstehlakcılar” İctimayi Birliyinin (AİİB) rəhbərliyi ilə həyata kecirilən layihə uğurla davam edir.
Məlum olduğu kimi, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir və layihənin büdcəsi 32000 AZN təşkil edir.
Layihə AİİB-in rəhbərliyi və idarəcıliyi altında daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata keciriləcəcəkdir.

Koalisiyaya daxil edilmiş digər iki QHT, ”Şəfa Psixoloji Sosial Yardım” İctimayi Birliyi və “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi Birliyidir,


Layihənin məqsədi “Vətən müharibəsi iştirakcılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək”dən ibarətdir

Layihənin digər kompanentləri ilə yanaşı, artıq layihənin hədəf coğrafiyasında yerləşən Vətən Müharibəsi qazilərinə 1-i Xocavənd qəsəbəsində, 1-i Fizuli qəsəbəsində, 1-i Əlnəzərli kəndində və 2-si Beyləqan rayon mərkəzində olmaqla cəmi 5 ədəd hər biri 100 m² ölçüdə istixanaların quraşdırılması işi başlanmışdır.


Beyləqan rayon mərkəzində bir ədəd və Xocavənd qəsəbəsindəki bir ədəd istixananın metal karkası qurulmuş, qapılar hazırlanaraq quraşdırılmışdır. Bu proses digər 3 nəfər faydalananların həyətyanı sahəsində də aparılacaqdır.
Karkas qurulduqdan sonra metal borular rənglənəcəkdir, dayaqların dibi betonlanacaqdır.


Növbəti prosses olaraq torpağın 1-ci əkini (şumlanması) yerinə yetiriləcəkdir. Aqrotexniki normalara üyğun olaraq müvafiq gübrələr veriləcək (lazım gəldiyi halda zərərvericilərə qarşı mübarizə dərmanları da torpağa veriləcəkdir) və yenidən şumlanacaqdır. Sonra polietilen örtük çəkiləcəkdir. Damcılı suvarma sistemi quraşdırılacaqdır. Nəhayət pomidor şitili köçürüləcəkdir.


Qeyd emək lazımdır ki, şitil yataqları hazırlanıb, toxum səpilib, bitki inkişafı normaldır. 20-25 mart arası şitilin köçürülməsini planlayırıq.


Layihənin icracıları hesab edir ki, bənzər layihə ölkənin digər regionlarında da həyata kecirilə bilər: "Biz təcrübəmizi istənilən vətəndaş cəmiyyəti nümayəndələri ilə bölüşməyə hazırıq ki, digər QHT, İcra Hakimiyyəti və biznes qurumları da, bu humanitar təşəbbüsü genişləndirsinlər.