Sumqayıt səkillərini tutan obyektlər sökülür
Sumqayıtda piyada səkiləri üzərində olan bütün obyektlər sökülür. Söküntü işləri şəhərin Məzahir Abdullayev küçəsində həyata keçirilir.
Belə ki, piyada səkiləri üzərində olan bütün obyektlərin ötən gündən etibarən söküntüsünə qərar verilib.
Sökülən obyektlərin sahibləri bildirir ki, onlara yazılı sürətdə heç bir qərar göstərilməyib.
Sumqayıt Şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşı Əli Vəlizadə bildirib ki, sahibkarlara dəfələrlə yazılı və şifahi formada müraciət edilib.
Dövlət orqanının məhkəmə qərarı olmadan vətəndaşın əmlakını (əmlak qeyri-qanuni tikili sayılsa da belə) sökməyə səlahiyyəti yoxdur. Şöküntüyə başlanılmazdan əvvəl məhkəməyə müraciət edilməli, obyektlərin sökulməsi barədə məhkəmə hökmünün çıxarılmasına nail olunmalıdır.
Digər tərəfdən, Sumqayıt Şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi ən yaxşı halda həmin obyektlərin tikintisi zamanı tikintinin qarşısını ala bilərdi, bu qanuni yoldur. Sahibkarların sözlərinə görə isə həmin obyektlər tikilərkən onlara rüşvət müqabilində şifahi icazə verilib.
Dəniz