Əli Əhmədov: "Dini maarifləndirmənin hədəfi nə olacaq, bunu bilmək lazımdır"
"Dini maarifləndirmənin həyata keçirilməsi həssas olduğu qədər, əhəmiyyətli məsələdir. Dini maarifləndirmənin hədəfi nə olacaq, bunu bilmək lazımdır".
Lim10.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birini müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Dini maarifləndirmənin aktual məsələləri: Ənənə, təcrübə və perspektivlər" mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.
O qeyd edib ki, bir sıra məsələlər aydınlaşmasa, aparılan maarifləndirmə işləri nəticə verməyəcək:
"Təbii ki, dini maarifləndirmədə rəsmi təbliğat əhəmiyyətli rol oynayır. Bu maarifləndirmə subyektləri ilə yanaşı, dini maarifləndirmədə daha ciddi rol oynaya biləcək din xadimləri amili mühüm əhəmiyyət kəsb edir".
Məhərrəm Əliyev