Azərbaycanla Serbiya arasında mövcud strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.
Lim10.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.
Görüşdə, qarşılıqlı hörmət, etimad, beynəlxalq hüquqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əsasda, o cümlədən beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğu qeyd edilib. Bu xüsusda eyni zamanda, ölkələrin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işi təqdir olunub.
Azərbaycan tərəfinə, Serbiyanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi birmənalı dəstəyə görə təşəkkür edilib, Serbiyanın, ölkəmizlə qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafından məmnunluq duyduğu diqqətə çatdırılıb. Beynəlxalq təşkilatlarda, BMT-də və Avropa Şurasında qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.
Nazir bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə qarşı tərəfi məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və digər istiqamətlərdə əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.
Serbiyanın Expo 2027 tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Baş naziri Miloş Vuçeviçlə görüşüb.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Ceyhun Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma işləri və sülh səyləri barədə qarşı tərəfi məlumatlandırıb.
In the margins of his working visit, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan had a meeting with @Milos_Vucevic, Prime Minister of the Republic of #Serbia to discuss prospects of bilateral and multilateral cooperation agenda, as well as… pic.twitter.com/nDGYnBu3N8
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) December 23, 2024
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, kommunikasiya, regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə olunub.
Nazir regionda münaqişədən sonrakı bərpa prosesi və sülh səyləri ilə bağlı son yeniliklər barədə Serbiya Prezidentini məlumatlandırıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.
Lim10.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Qeyd edilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar və digər aspektlərini müzakirə ediblər.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C. Bayramov həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.
On the sidelines of his working visit to #Serbia, Foreign Minister @Bayramov_Jeyhun of the Republic of #Azerbaijan and Foreign Minister @MarkoDjuric of the Republic of #Serbia had a meeting in an expanded format to discuss political, security, economic, energy, humanitarian and… pic.twitter.com/RhYriEFktU
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) December 23, 2024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində Belqradda Səfirlər Konfransında çıxış edib.
Lim10.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ikili standartlar, beynəlxalq hüququn selektiv tətbiqi də daxil olmaqla ümumi regional çağırışlara toxunub.
Hər iki ölkənin xarici siyasətinə rəhbərlik edən suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsinin əhəmiyyəti vurğulanıb.
C.Bayramov, həmçinin Azərbaycanın Avropanın enerji şaxələndirilməsindəki mühüm rolu, eləcə də Xəzər və Qara dəniz hövzələri vasitəsilə Avropa və Mərkəzi Asiyanı birləşdirəcək gələcək "yaşıl enerji" planları haqqında ətraflı danışıb.
During the working visit to Serbia, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan, addressed the Ambassadors' Conference in #Belgrade.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) December 23, 2024
Minister touched upon the political, economic, energy and humanitarian aspects of the #Azerbaijan-#Serbia… pic.twitter.com/mSGYYIfG9S
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.
Lim10.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.