Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

"Kiyevin nəzarətində olan ərazilərdə aparılan danışıqlar nəticəsində 150 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 150 hərbi əsiri təhvil verilib".

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırda Rusiyanın hərbi qulluqçuları Belarus Respublikası ərazisindədirlər", - Rusiya hərbi idarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri rusiyalı hərbçilərin əsirlikdən qaytarılması üçün humanitar vasitəçilik səyləri göstərib.