"İranla nüvə anlaşması bölgə və dünyanın əmniyətini təhlükəyə atır" - Beni Qants

İsrailin müdafiə naziri Beni Qants deyib ki, İranla nüvə sövdələşməsi regional və qlobal təhlükəsizliyi riskə atır və ondan əldə edilən gəlir bölgədə Tehrana bağlı proksi qruplaşmalara çatacaq.

Avqustun 24-də İsrail mediasına müsahibəsində Qants əlavə edib ki, nüvə razılaşması İranın atom bombasına yiyələnmək bacarığını ləngitməyəcək və nüvə proqramı ilə bağlı heç bir uzunmüddətli şərti də Tehrana qəbul etdirməyəcək.

https://bit.ly/3POp2yU