İranda mərsiyə məclislərində Azərbaycan və Türkiyə əleyhinə siyasi çağırışlar
Baş vermiş hadisə bir daha İranın riyakarlığının və ikiüzlülüyünü göstərib. Görünür, Azərbaycan Prezidentinin regionda, xüsusilə Güney Azərbaycanlılar arasında artan nüfuzu İranı ciddi şəkildə narahat edir. Hamımıza məlumdur ki, belə dini tədbirlər İran dövləti və SEPAH tərəfindən təşkil və idarə olunur. Əgər bu cür addımlar İrana qarşı atılsaydı, artıq böyük qalmaqal yaradardılar. Bəs Prezidentə qarşı bu təhqirlər səsləndiriləndə niyə susurlar? Yoxsa, bu, elə onların öz təşkil etdikləri bir oyundur?
Lim10.az xəbər verir ki, İranın gücü yalnız mərsiyə məclislərində kimisə təhqir etməyə çatır.
ABŞ Süleymanini öldürəndə heç bir reaksiya verə bilmədilər. Suriyadan onları qovdular, amma yenə də bir addım ata bilmədilər. Nasrullahı İsrail məhv etdi, yenə də səssiz qaldılar. Əgər cəsarətləri varsa, gedib İsrailə cavab versinlər.
Gücləri yalnız Azərbaycanın səfirliyinə hücum etməyə çatır. Bu hücumun arxasında SEPAH dururdu və həmin terrorçu-agent hələ də edam edilməyib. Baxmayaraq ki, artıq iki il keçib. Azərbaycan bu addımı gözləyir və əgər İranda kimsə düşünürsə ki, Bakı bu tələbdən geri çəkiləcək, ciddi yanılır. Bu, diplomatik münasibətlərin normallaşması üçün əsas şərtdir. Abdullahian Bakıda olarkən söz vermişdi ki, bu adam edam ediləcək. Belə addımlar İranın əsl niyyətlərini və davranışlarını bir daha ortaya qoyur. Azərbaycan öz mövqeyindən çəkinməyəcək.