Meksikanın cənubunda gizli məzarlarda 30-dan çox cəsəd tapılıb
Meksikanın cənubundakı Çiapas ştatında ümumilikdə 30-dan çox cəsədin tapıldığı 25 gizli məzar aşkarlanıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu ştatın baş prokuroru Xorxe Luis Lyaven Abarka deyib.
Məlumata əsasən, məzarlarda 29-u kişi, 2-i qadın olmaqla 31 nəfərin meyiti tapılıb.
Qeyd olunur ki, Meksika-Qvatemala sərhədində yerləşən Çyapas ştatında cinayət hadisələri tez-tez baş verir. Ştatın ərazisi Latın Amerikası ölkələrindən olan qanunsuzmiqrantlar tərəfindən istifadə olunur və onlar Meksikanı keçərək ABŞ-yə çatmağa çalışırlar. Bundan əlavə, burada narkokartellər də fəaliyyət göstərir.