Prezident İlham Əliyev: "İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb"
İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır.
Lim10.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.
Ölkəmizin inamla inkişaf etdiyini söyləyən dövlətimizin başçısı bildirib: "Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır".