Prezident İlham Əliyev: "Azərbaycan əmin-amanlıq şəraitində yaşayır"

"Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır".

Lim10.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib.

Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır".