Ölüm xəbəri yayılan tanınmış aktyorun vəziyyəti AĞIRDIR

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.

Bu barədə Lim10.az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub:

"Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub".

Aygün Mirakif

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda reanimasiyadadır.

Bu barədə Lim10.az-a onun müalicə aldığı xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir.

"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".

Bu barədə Lim10.az-a onun həmkarı İlkin Həsəni məlumat verib.

O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.

Aktyor Azər Baxşəliyev vəfat edib.

Lim10.az xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.

Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.