Rusiyada qorxunc mənzərə: Sakinlər 1000-dən çox quşu "çimizdirdilər"

Qara dəniz sahili yenidən ekoloji fəlakət təhlükəsi altındadır. Yanvarın 1-dən 2-nə keçən gecə Anapada sahilə növbəti mazut atılması baş verib. Könüllülər zərər çəkmiş quşları xilas etmək üçün böyük səy göstərirlər.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə Krasnodar diyarı əməliyyat qərargahı xəbər yayıb.

Bildirilir ki, artıq 1 000-dən çox quş yuyulub, lakin bu işi görmək üçün könüllülərin sayı çox azdır.

O da vurğulanır ki, bu günə kimi Anapa və Temryuk rayonu çimərliklərindən təxminən 73 min ton mazutlu qum daşınıb. Lakin artıq qumun utilizasiya müəssisələrinə daşınması dayandırılıb, çünki onlar emalı çatdırmırlar.

Zərərsizləşdirmə proseduru üçün nəzərdə tutulan anbar meydançaları da mazutlu qumla doludur. Yeni partiyaların daşınması yalnız bu müəssisələrdə yığılan qumun utilizasiyasından sonra mümkün olacaq.

Rusiyada qorxunc mənzərə: Sakinlər 1000-dən çox quşu "çimizdirdilər"

Xatırladaq ki, 2024-cü ilin dekabrın 15-də Kerç boğazında təxminən 8 min ton neft məhsulu daşıyan "Volqaneft-212" və "Volqaneft-239" . Hadisə ilə bağlı , tanker kapitanlarına dəniz nəqliyyatının təhlükəsizlik qaydalarının pozulması ittihamı irəli sürülüb. "Volqaneft-212"nin kapitanı istintaq təcridxanasına göndərilib, "Volqaneft-239"un kapitanı isə ev dustağı edilib.

Məlumata görə, tankerlərdən yanacağın 40%-i axıb, ekspertlər bunu "" kimi qiymətləndirirlər.

Yeri gəlmişkən, rusiyalı alimlər ekoloji fəlakətdən sonra mazutla çirklənən ərazinin təmizlənməsi üçün istifadəni təklif ediblər. Artıq ilk nümunələr bu işin aparılacağı laboratoriya kompleksinə çatdırılıb. Yoxlama təxminən bir ay çəkəcək, bundan sonra bakteriyalar Anapa sahilində torpaq və suyun genişmiqyaslı təmizlənməsi üçün istifadə ediləcək.