ABŞ İranın nüvə sazişi şərtlərini təqdim edib

Amerika İranın nüvə sazişinin təklif olunan mətni ilə bağlı mövqeyinə cavab verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Amerika Tehranın nüvə sövdələşməsinin canlandırılmasına dair Avropanın təklif etdiyi mətnlə bağlı fikirlərinə cavab verib. Naser Kənaninin sözlərinə görə, İslam Respublikası Amerika tərəfinin fikirlərini "dəqiq araşdırmaya" başlayıb.

Nəhayət, Vaşinqton Avropa İttifaqının təklif etdiyi mətnlə bağlı İranın mövqeyini tədqiq etməyi başa çatdırıb və öz mövqeyini Birliyin xarici siyasət rəsmisi vasitəsilə Tehrana çatdırıb.

Naser Kənani avqustun 24-də Amerika hökumətinin nüvə anlaşmasını canlandırmaq üçün danışıqlarda qalan məsələlərin həlli üçün İranın fikirlərinə cavab aldığını açıqlayıb.

İRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib: “Amerika tərəfinin mövqeyinin dəqiq araşdırılmasına başlanılıb və İran İslam Respublikası araşdırmalarını tamamladıqdan sonra bununla bağlı öz fikirlərini əlaqələndiriciyə açıqlayacaq”.

https://bit.ly/3Tjzq50