Antalyada zəlzələ oldu

Antalyada 4,5 bal gücündə zəlzələ baş verib.

Lim10.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Antalyanın Alanya körfəzi sahillərində qeydə alınıb.

Təkanlar yerin 7 kilometr dərinliyində olub.