Fransa həbsxanasında insanları girov götürən şəxs təslim oldu
Polis Fransanın cənubundakı Arles kommunasının mərkəzi həbsxanasında dörd tibb işçisini və bir gözətçini girov götürmüş məhbusu yaxalayıb.
Lim10.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.
Girovlar həkimlər tərəfindən müayinə olunur, onlardan heç biri xəsarət almayıb.
TF1 dəqiqləşdirir ki, adı açıqlanmayan 37 yaşlı məhbus psixi pozğunluqdan əziyyət çəkir. O, başqa həbsxanaya köçürülməsini tələb edib.
Fransanın cənubundakı Arl kommunasının mərkəzi həbsxanasında məhbus insanları girov götürüb.
Lim10.az-ın xəbərinə görə, bu barədə "La Provence" qəzeti məlumat verib.
Məlumata görə, söhbət üç tibb işçisi və bir həbsxana gözətçisindən gedir.
Hücum edənin bıçaqla silahlandığı qeyd edilir.
Arl həbsxanası 1990-cı illərdə tikilib və 159 məhkum üçün nəzərdə tutulub, hazırda isə orada 137 nəfər cəza çəkir.