Bayden ABŞ-nin ən qədim poladəritmə şirkətini yaponlara satmaqdan imtina etdi

ABŞ Prezidenti Co Bayden ölkənin ən qədim poladəritmə şirkəti olan "U.S. Steel"i Yaponiyanın "Nippon Steel" şirkətinə satmaqdan imtina edib.

Lim10.az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

Bayden izah edib ki, bu sövdələşmə ABŞ-nin ən böyük şirkətlərindən biri üzərində xarici nəzarətə gətirib çıxaracaq, milli təhlükəsizlik və təchizat zəncirlərinə təhdid yaradacaq.

O qeyd edib ki, xarici şirkətlər dünya bazarlarına poladı süni aşağı qiymətlərlə çıxarırlar ki, bu da ABŞ-də iş yerlərinin itirilməsinə və zavodların bağlanmasına səbəb olur.