Dubayda maliyyə piramidası qurucusunun qulağını kəsib pullarını əlindən aldılar

BƏƏ-nin Dubay şəhərində iki nəfər "Finiko" maliyyə piramidasının yaradıcısı Edvard Sabirova hücum edib.

Lim10.az "Business Online"a istinadən xəbər verir ki, naməlum şəxslər iş adamını döyərək 1,2 milyon dirhəm (təxminən 555 min 400 manat - red.) nağd pulunu oğurlayıblar.

Məlumata görə, iki Qazaxıstan vətəndaşı Sabirovun şəxsi villasına girərək ona və həyat yoldaşına hücum ediblər. Sabirovun döyülərək qulağının kəsildiyi bildirilir.