"Yağışdan çıxıb, yağmura düşdülər": Rusiyada çimizdirilən quşların 90 faizi öldü
Rusiyanın Anapa şəhərində mazut çirklənməsindən və Krasnodara aparılan quşların 90%-i tələf olub.
Lim10.az-ın "SOTA" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, bu barədə soçili ornitoloq Aleksandr Dvoretski xəbər verib.
Onun sözlərinə görə, bunun səbəbi həm sınmış yük maşınından digərinə kobud yükləmə, həm də diyarın Təbii Sərvətlər Nazirliyinin məmurlarının sonrakı qeyri-peşəkar hərəkətləri olub.
"Onlar quşları miqrasiya yollarına qayıtmaları üçün Tuapse rayonunda buraxmaq qərarına gəliblər, həmin yollar isə yenə də mazut sızıntılarının olduğu ərazidən keçir. Hazırda nazirlikdə ali bioloji təhsili olan bir nəfər də əməkdaş yoxdur, nazir Sergey Yereminin özü isə karyerasının böyük hissəsini prokuror kimi işləyib", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 15-də Kerç boğazında təxminən 8 min ton neft məhsulu daşıyan "Volqaneft-212" və "Volqaneft-239" . Məlumata görə, tankerlərdən yanacağın 40%-i axıb, ekspertlər bunu "" kimi qiymətləndirirlər. Həftələrdir ki, Anapa və Temryuk rayonu çimərliklərinin mazutdan təmizlənməsinə və quşların yuyulmasına çalışılır.