İsrail Azərbaycana yeni səfir təyin edib

İsrailin Azərbaycanda yeni səfiri təyin olunub.

Lim10.az İsrail KİV-ə istinadən məlumat verir ki, bu vəzifəyə İsrail Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus gətirilib.

Qeyd olunur ki, İsrail hökuməti xarici ölkələrdəki diplomatik nümayəndəliklərin rəhbərləri vəzifəsinə xarici işlər naziri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb.