Türkiyənin yeni səfiri: "Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafını davam etdirəcəyik"

Türkiyə ilə Azərbaycanın "Bir millət, iki dövlət" şüarı ilə əməkdaşlığının, qardaşlığının və ittifaqının hər sahədə inkişafınə davam etdiərəcəyik.

Lim10.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün "X" səhifəsində yazıb.

O, həmçinin yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.

Bundan əvvəl diplomat Türkiyə Maarif Fondunun sədri olub.