ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

...Moskvanı nüvə silahı işlətmək fikrində bulunmaqda ittiham edən Amerika Ukrayna ərazisindən Rusiyaya taktiki nüvə silahı atıb

Məlum olduğu kimi, dünyanın super-gücləri humanitar layihələr adı altında maraqları olan digər ölkələrdə öz siyasətini həyata keçirir. Həmin siyasəti isə ölkənin "ümumi inkişafına və demokratikləşməsinə töhfələr"lə maskalayırlar.

Belə təşkilatlardan biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir (USAID).

USAID-in internet resurslarında bildirilir ki, təşkilatın Azərbaycandakı məqsədi qarşılıqlı təhlükəsizliyə və firavanlığa sərmayə qoyaraq Azərbaycanla uzunmüddətli dostluq və davamlı tərəfdaşlıq qurmaqdır. Eyni zamanda, resurslarda bildirilir ki, USAID azərbaycanlıların həyatını yaxşılaşdırmağa qərarlı olan Azərbaycan hökuməti yerli özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə işləyir. Bildirilir ki, USAID iki əsas sahədə inkişafa yardım göstərir - qeyri-neft sektorunun inkişafına dəstək, iştirakçı, şəffaf demokratiya və idarəçilik proseslərinin gücləndirilməsi.

USAID-in fəaliyyəti ilə öz internet rezurslarından tanış olanda dünyanı dərk edən insanda belə bir sual yaranır ki, hansı maraqla Amerika okeanın o tayından bu tayına təşrif buyuraraq bizim qayğımıza qalır - qeyri-neft sektorunun inkişafına dəstək verir, demokratiya və idarəçilik proseslərini gücləndirmək istəyir?

Amma bir qədər araşdırma apardıqda bəlli olur ki, USAID bütün dünyada müxtəlif hakimiyyətləri devirmək üçün səyləri gücləndirir, digər tərəfdən isə özlərinə sadiq olan siyasi dairələrə fərqli məqsədlərlə maliyyə dəstəyi göstərir. Amerika siyasilərinin etirafına görə, onlar dünyada yüzlərlə dövlət çevrilişi ediblər. Üstəgəl, qeyri-rəsmi məlumata görə, Moskvanı nüvə silahı işlətmək fikrində bulunmaqda ittiham edən Amerika Ukrayna ərazisindən Rusiyaya taktiki nüvə silahı atıb.

Bu da fakt, ötən il USAID Azərbaycanı özünə düşmən hesab edən Ermənistana maliyyə yardımının miqdarını iki dəfə artırtırıb. Ermənistan isə bu və digər kanallarla ABŞ və Avropadan aldığı yardımlar hesabına sürətla silahlanır. Bu isə Cənubi Qafqazda aparılan sülh təşəbbüslərinə cuddi zərbə vuran addımlarlardır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da mətbuat konfransında bildirib ki, USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb.

XİN rəhbəri əlavə edib ki, USAID-in Azərbaycanda yardımları ABŞ-ın mənafeyi üçün edilirdi: “Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik”.

USAID hələ buna  münasibət bildirməyib.

Amma XİN-dən bundan əvvəl də USAID-in layihələri ilə bağlı tənqidlər səslənmiş, qurum bu layihələrin şəffaf olmadığını, Azərbaycanın maraqlarına cavab vermədiyini iddia etmişdi. Həm də USAID son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ciddi və qərəzli ittihamlar səsləndirib. USAID-in Azərbaycana qarşı qərəzli ittahamları əsasən 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Həmin vaxt USAID-in rəhbəri Samanta Pauer (Samantha Power) demişdi ki, bir günlük antiterror əməliyyatı nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub". Halbuki, birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın bas naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət eidi ki, onlara qalıb Azərbaycan vətəndaşlığını qəbul edib, yaşamağı təklif edir. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etməyib. Samanta Pauer isə bu fikri ilə, nədənsə, ermənilərdən daha cox erməni olmağa uğursuz cəhd göstərdi.

Ümumiyyətlə götürdükdə, Amerikada Co Bayden dönəmi başlayan kimi ABŞ və Azərbaycan arasında bir növ “soyuq küləklər əsib”. Okeanın o tayından Azərbaycanda "ictimai fəalların, jurnalistlərin həbsindən narahatlıq" ifadə edilib, rəsmi Bakı isə bunu onların daxili işinə qarışmaq kimi dəyərləndirib.

Azərbaycan prezidenti İlham Əliyev isə son müsahibələrində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla bağlı ümidlə danışıb, ABŞ ilə münasibətlərin strateji səviyyəyə çatdırıla biləcəyini deyib. Böyuk ehtimalla, prezidentin ifadə etdiyi ümid qarşıdakı dörd ildə doğrulacaq. Çünki 44 günlük müharibə dönəmində Amerikanın prezidenti Donald Tramp idi. Həmin vaxt Azərbaycana ABŞ-dan heç bir təpki gəlmədi. Tramp administrasiyası bunu, BMT TŞ qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimi qəbul etdi. Lakin Bayden administrasiyası dönəmində keçirilən bir günlük antiterror əməliyyatına qədər onun qarşısını almaq üçün ciddi çəhdlər göstərildi. Dövlət Departamentindən və Konqresdən Azərbaycana qarşı bununla bağlı ciddi hədələr səsləndirildi.

Akif NƏSİRLİ