Dəb evləri Melaniya Trampa geyim satmaqdan imtina edirlər
Məşhur dəb evləri ABŞ-nin Birinci xanımı Melaniya Trampa geyim satmaqdan imtina ediblər.
Lim10.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Boykota dəb dünyasının ən nüfuzlu jurnalı "Vogue"un baş redaktoru Anna Vinturun mövqeyi səbəb olub. O, ABŞ prezidentinin həyat yoldaşının şəklini yenidən jurnalın üz qabığına qoymaqdan imtina edib. Halbuki indiyədək bütün ABŞ prezidentlərinin həyat yoldaşlarının fotoları bu jurnalın üz qabığında dərc olunub.
Hazırda bir çox dizaynerlər və dəb evləri Vinturun bu yanaşmasını təqlid edirlər, onların başında "Dior" gəlir.