Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər

20 Yanvar - Ümumxalq Hüzn Günündə hökumət rəsmiləri və dövlət qurumlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər.

Lim10.az xəbər verir ki, Baş nazir Əli Əsədov və Milli Məclisin spikeri Sahibə Qafarova Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Daxili İşlər, Müdafiə nazirliklərinin, eləcə də Dövlət Sərhəd xidmətinin rəhbər şəxsləri və əməkdaşları 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Lim10.az xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha çox foto burada: PhotoStock.az