Yağan güclü qar Astana aeroportunun işini iflic edib

Astana hava limanı güclü qar səbəbindən işini müvəqqəti dayandırıb.

Lim10.az aeroportun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Astana aeroportunun uçuş-enmə zolağı qardan təmizlənir.

"Təhlükəsizliyi təmin etmək və aerodromdakı qar kütləsini təmizləmək üçün 10 xüsusi texnika işləyir. Əlverişsiz hava şəraiti və texniki xidmətlə əlaqədar planlaşdırılan 70 reysdən 6-sı, gəlməsi gözlənilən 68 reysdən isə 14-ü gecikib", - deyə məlumatda bildirilib.

Məlumat üçün əlavə edək ki, Astana-Bakı reysi üzrə uçan təyyarənin hərəkət qrafikində heç bir dəyişiklik edilməyib. Reys saat 00:45-də plan üzrə uçuş həyata keçirib.