Mikayıl Cabbarov ABŞ-nin "Planet Labs PBC" şirkətinin direktoru ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ-nin "Planet Labs PBC" şirkətinin baş maliyyə və əməliyyatlar direktoru Eşli Conson ilə görüşüb.

Lim10.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb.

Görüşdə energetika, ekologiya, sahibkarlıq və digər sahələrdə innovativ həllərin tətbiqi ilə resursların optimallaşdırılmasının önəmi qeyd olunub, şirkətlə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.