Məhkəmə fon der Lyayenlə bağlı qərar verdi

Belçikada Lyej məhkəməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı istintaqı davam etdirməkdən imtina edib.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir.

Məhkəmənin hökmü yazılı şəkildə elan edilib və iclas keçirilməyib.

Xatırladaq ki, fon der Lyayen 35 milyard avroya 1.8 milyard COVID-19 vaksininin alınmasında korrupsiyaya yol verməkdə ittiham edilib.

Məhkəmə öz qərarını bu iş üzrə cinayət tərkibinin olmaması ilə əsaslandırıb.