ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib.
Lim10.az President.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.