Slovakiya XİN: "Avropa Komissiyası Ukrayna ilə Azərbaycandan qaz tranzitini müzakirə edə bilər"

Azərbaycandan qazın Ukrayna ərazisindən tranziti Bratislava və Budapeştin iştirakı ilə Kiyev və Avropa Komissiyası (AK) arasında danışıqların predmetinə çevrilə bilər.

Lim10.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib.

"Biz əvvəldən Ukrayna hökuməti ilə qeyri-rus mənşəli qazın Ukrayna ərazisindən nəqlinin mümkünlüyünü müzakirə edirdik və buna görə də Ukrayna tərəfinin məsələn, Azərbaycandan qazın nəqli haqqında tranzitini müzakirə etməyə hazırlığını təklif etdiyimiz həll yoluna qayıtmaq kimi qiymətləndiririk", - XİN rəhbəri bildirib.