Kaliforniya ABŞ-nin tərkibindən çıxmaq üçün hərəkətə keçdi
ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi ölkə daxilində o qədər güclü təlatümlərə səbəb olub ki, nəticədə hətta bəzi ərazilərin ölkənin tərkibindən ayrılması barədə söz-söhbətlər başlayıb.
Lim10.az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri yazıb.
Yazıda bildirildiyinə görə, ayrılmaq istəyən, çoxlarının gözlədiyi kimi, Texas deyil, Kaliforniya olub.
Qeyd olunur ki, "Kaliforniya təşəbbüsü" qanuni şəkildə imza toplamaq üçün icazə alıb.
Kaliforniya hökuməti öz ideyasını "Kalekzit" adlandırıb ("Brekzit"ə, yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına istinadla - red). Əgər ideya lazımi sayda imza toplayarsa, 2028-ci ildə Kaliforniyanın ABŞ-dən ayrılması ilə bağlı səsvermə keçiriləcək və o zaman Vaşinqtonda hökumətə etimadsızlıq səsverməsi baş tutacaq.