Hindistanda qadın mobil telefon udduqdan sonra ölüb

Hindistanın Racammundri şəhərində psixi pozğunluqlardan əziyyət çəkən 35 yaşlı qadın dünyasını dəyişib.

Onun ölümünə səbəb isə ehtiyatsızlıqdan mobil telefonu udması olub.

Lim10.az-ın xəbərinə görə, bu barədə "The Times of India" nəşri yazıb.

Hindistan sakini olan Penumalla Ramya Suti xəstəxanaya yerləşdirilib. Onun qohumu mobil telefonu axtarsa ​​da, tapa bilməyib. O, Smutidən telefonunun harada olduğunu soruşduqda, qadın təsadüfən onu udduğunu etiraf edib.

Həkimlər qida borusundan telefonun çıxarılması üçün uğurlu əməliyyat keçiriblər. Lakin orqanın ciddi zədələnməsi səbəbindən xəstə sonrakı müalicə üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Smutinin həyatını xilas etmək mümkün olmayıb.