ABŞ-nin Konqodakı səfirliyinə hücum: Yanğın baş verib

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada ABŞ səfirliyi ərazisində yanğın baş verib.

Lim10.az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı öz mənbəsinə istinadən məlumat verib.

Məlumata görə, yerli hökuməti dəstəkləyən insanlar ABŞ diplomatik missiyasının binasına yanan təkərlər atıblar. Eyni zamanda fəallar "imperialistlərə ölüm" şüarlarını səsləndiriblər.

"Baza"nın abunəçilərindən birinin hadisə yerindən göndərdiyi kadrlarda səfirliyin ərazisindən yayılan qalın tüstü sütunları görünür. Ətrafa çox sayda yerli sakin toplaşıb və cib telefonları ilə videolar çəkirlər. Səfirliyin əməkdaşları mühafizə xidməti vasitəsilə qorunmağa və yanğını söndürməyə çalışırlar.

Təhlükəsizlik səbəbi ilə artıq əcnəbilərin hotellərdən çıxmasına icazə verilmir.

Qeyd edək ki, ölkənin paytaxtı Ruanda ilə sərhədə yaxın Qoma şəhərindən 1600 kilometr aralıda yerləşir ki, bu bölgə üsyançılar tərəfindən işğal olunub. "23 mart hərəkatı" (M23) ölkənin şərqindəki Şimali Kivuda böyük əyalət mərkəzinə nəzarəti ələ keçirdiyini bəyan edib.

ABŞ-nin Konqodakı səfirliyinə hücum: Yanğın baş verib