Trampdan Kaliforniya şərab istehsalçılarına ağır zərbə: Sahibkarlar "müharibəyə" hazırlaşırlar
Kaliforniya ştatının şərab istehsalçıları ABŞ Prezidenti Donald Trampın administrasiyasının sərtləşdirilməsi səbəbindən həyəcan təbili çalırlar.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "San Francisco Chronicle" qəzeti xəbər yayıb.
Bildirilib ki, Trampın miqrantların deportasiyası üzrə səyləri təkcə Kaliforniyanın şərabçılıq sənayesinə deyil, həm də ərzaq sisteminə, mehmanxana biznesinə və digər sahələrə zərbə vura bilər.
Xüsusilə kəskin vəziyyət ştatın ən böyük üzümçülük zonalarından biri olan Napa vadisində yaranıb. Burada miqrantlar kənd təsərrüfatı sahəsində işçilərin 73%-ni təşkil edirlər.
"İnsanlar çox qorxublar. Sanki müharibəyə hazırlaşırıq", - deyə Napa vadisinin latın amerikalı əhalisinin maraqlarını müdafiə edən "Puertas Abirtas" qeyri-kommersiya təşkilatının idarə heyətinin üzvü Cenezis Monnet bildirib.
Miqrantların deportasiyası şərabçılıq sahəsindəki böhranı və işçi qüvvəsi çatışmazlığını daha da ağırlaşdıracaq.
Kaliforniyanın üzüm bağlarını idarə edən şirkətlər öz işçilərini müdafiə etmək niyyətindədirlər.
"Mənim fikrimcə, assosiasiyalar maarifləndirmə işi aparmalıdır. Ön cəbhədə işçilərdir, ona görə də onlara "Biz sizi qoruyacağıq" demək pis olmazdı", - deyə "Enterprise Vineyards" şirkətinin meneceri Luis Davila bildirib.