Qarabağdakı keçmiş separatçı rejimin sabiq "ordu" rəhbərinin həbs müddəti uzadılıb

İrəvan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbəri Mikael Arzumanyanın həbs müddətini yenidən uzadıb.

Lim10.az-ın erməni KİV-inə istinadən məlumatına görə, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat verib.

Qeyd olunur ki, həbs müddəti üç ay uzadılıb.

O, 2022-ci ilin avqustundan həbsdədir, cinayət işi isə 2023-cü ildə məhkəməyə göndərilib. Bu müddət ərzində şahidlərin bir qismi artıq dindirilib.