MSK-nın sədr müavini: "Bələdiyyə seçkisi kifayət qədər şəffaf keçib"

"Bələdiyyə seçkisi kifayət qədər şəffaf keçib".

Lim10.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bələdiyyə seçkisi qanunvericiliyin tələblərinə uyğun baş tutub.

"Seçki ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi şikayət daxil olmayıb. Qaynar xəttə 35-ə yaxın müraciət daxil olub. Bunlar da sorğu, məlumat almaq xarakterli olub. İndiyə qədər seçki prosesini izləyən müşahidəçilərin rəyi müsbətdir. Ümid edirik, bundan sonra da müsbət rəylər alacağıq".

Aləmdə Nəsib