Mühafizəçisi Şumaxerin ailəsini görüntülərlə şantaj edib - Məhkəmə başladı
Almaniyanın qərbində Vuppertal şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) əfsanəvi pilot Mixael Şumaxerin ailəsini şantaj etməkdə ittiham olunan üç kişiyə qarşı məhkəmə prosesi başlayıb.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə DPA agentliyi xəbər yayıb.
Bildirilib ki, təqsirləndirilən şəxslər günahlarını etiraf ediblər.
Onlardan biri xüsusilə böyük məbləğdə hədə-qorxu ilə tələb etməkdə, digər ikisi isə köməkçilik və təhrikçilikdə ittiham olunur.
Əsas şübhəli şəxs təkcə məhkumluğa malik deyil, həm də saxlanılan zaman sınaq müddətində olub. Buna baxmayaraq, prokurorluq onun üçün maksimum dörd il azadlıqdan məhrumetmə cəzası gözləyir, hökmün yeni ildən tez olmayacağı düşünülür.
Qeyd edilib ki, keçən il sentyabrın 25-də Vuppertal prokurorluğu Şumaxer ailəsinin şantaj cəhdi ilə bağlı üç şübhəli şəxsə qarşı ittiham irəli sürüb. Söhbət Şumaxerlər ailəsinin keçmiş mühafizəçisindən və əlbir olduğu şəxslə oğlundan gedir.
İstintaqın versiyasına görə, keçmiş təhlükəsizlik xidməti əməkdaşı şantaj üçün materiallar toplayıb və sonra onları əlbir olduğu şəxsə ötürüb. Həmin şəxs isə oğlu ilə birlikdə yarışçının ailəsini şantaj etməyə cəhd göstərib və əvəzində 15 milyon avro tələb edib. Əks təqdirdə onlar Şumaxerlər ailəsi haqqında məlumatı darknetdə dərc etməklə hədələyiblər.
Məlumata görə, mühafizəçi yarışçının ailəsində beş ildən çox işləyib. O bu müddət ərzində 1500-dən çox şəxsi foto, video, həmçinin Şumaxer üçün tibbi qeydlər və reseptlər toplamağa nail olub. Keçmiş mühafizəçinin borclarına görə cinayət törətdiyi vurğulanır. Saxlanma zamanı sərt disklər, USB yaddaş qurğuları və mobil telefonlar daxil olmaqla çoxlu sayda sübut müsadirə edilib.
Mixael Şumaxer "Formula-1"in yeddiqat dünya çempionu olub və bu çempionatın tarixində ən yaxşı pilotlardan biri hesab olunur. "Formula-1" dünya çempionatında ən sürətli dövrələr (77), ardıcıl çempion titulları (5) bir çox rekordun sahibidir. Qələbələr (91), podiumlar (155) və poullar (68) üzrə bu göstəricilərdə yalnız britaniyalı pilot Lyuis Hemiltondan geri qalır.
Şumaxer 2013-cü ildə, artıq peşəkar karyerasını başa vurduqdan sonra Fransada Alp dağında xizək sürərkən ağır kəllə-beyin travması alıb. O, uzun müddət yatağa bağlı olub və süni tənəffüs aparatına qoşulub. Şumaxer qəzadan 11 il sonra - qızı Cina Mariyanın ictimaiyyət arasına çıxıb. Ancaq mərasimdə məxfilik tam təmin olunub, heç kimin Şumaxerin şəklini çəkməməsi üçün villanın girişində bütün qonaqlardan telefonlarını təhvil vermələri istənilib.
Keçmiş yarışçının ailəsi onun hazırkı vəziyyəti barədə təfərrüat açıqlamır və onun şəxsi həyatını ciddi şəkildə qoruyur.