HƏMAS-ın növbəti azad edəcəyi girovlar İsrail, ABŞ və Fransa vətəndaşlarıdır

Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibas, ABŞ pasportunun sahibi Kit Siqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.

Lim10.az-ın məlumatına görə, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı - "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının nümayəndəsi Əbu Ubeydə özünün "Telegram" kanalında dərc edib.

"İsraillə mübadilə sazişi çərçivəsində fevralın 1-də Ofer Kalderon, Kit Siqal və Yarden Bibası azad etmək qərarına gəldik", - deyə o yazıb.

Xatırladaq ki, dünən HƏMAS İsraillə atəşkəs sazişi şərtlərinə əsasən azad edilən üç İsrail girovunu və beş Tailand vətəndaşını Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.