Fatih Birol "Dostluq" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev türkiyəli iqtisadçı və enerji ekspertini təltif edib.
Lim10.az President.az-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb.
Sərəncamla Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birol "Dostluq" ordeni ilə təltif edilib.