NATO Trampa alyansın Arktikada mövcudluğunu genişləndirməyi təklif edəcək
NATO nümayəndələri Donald Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi barədəki bəyanatları fonunda alyansın Arktikada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyi təklif etmək niyyətindədirlər.
Lim10.az xəbər verir ki, bu barədə DPA agentliyi alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hazırda bu təşəbbüs təşkilat daxilində qeyri-rəsmi şəkildə müzakirə olunur. Təşəbbüskarlar Trampın Qrenlandiya ilə bağlı yaratdığı gərginliyi azaltmağa ümid edirlər. Mənbələrin fikrincə, alyansın Arktikada mövcudluğunun genişləndirilməsi, o cümlədən ABŞ-nin bölgəyə hərbi qüvvə göndərməsi, bölgənin regional təhlükəsizlik maraqlarını müdafiə etməyə imkan verəcək.
Mənbələr qeyd edirlər ki, bu təklifin icra olunması Trampın ABŞ-nin təhlükəsizlik maraqlarına həqiqətən önəm verib-verməməsindən asılıdır. Əgər xammal yataqları yeni prezident üçün mühüm əhəmiyyət kəsb edirsə, təşəbbüs uğursuz ola bilər.