Azad edilən iki israilli girov Qızıl Xaça təhvil verildi

Qəzzada azad edilən iki israilli - Yarden Bibas və Ofer Kalderon Qızıl Xaç Cəmiyyətinə təhvil verilib və İsrail hərbçilərinin olduğu mövqelərə doğru yola düşüb.

Lim10.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) Mətbuat Xidmətindən məlumat verilib.

"Qızıl Xaç Cəmiyyətinin verdiyi məlumata görə, iki girov öz nümayəndələrinə təhvil verilib və onlar Qəzza zolağında IDF qüvvələrinə doğru gedirlər", - deyə məlumatda bildirilib.

Yarden Bibasın həyat yoldaşı və uşaqları - Şiri, Ariel və Kfirin taleyi ilə bağlı yekun rəsmi məlumat dərc edilməyib.

Oferin anası oğlunun yaxşı göründüyünü deyib.