Suriya prezidenti ilk səfərini hansı ölkəyə edəcək?

Əhməd əş-Şaraa Suriyanın keçid dövrü prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

Lim10.az xəbər verir ki, bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.

Məlumata görə, o, fevralın 2-də Ər-Riyada gələcək. Səfərlə bağlı başqa təfərrüat açıqlanmır.

Qeyd edək ki, əş-Şaraa yanvarın 29-dan başlayaraq Suriya prezidenti səlahiyyətlərini icra edir.