Türkiyə sahillərində ardıcıl 4 zəlzələ baş verdi

Egey dənizində ard-arda 4.7, 3.6, 3.5 və 4.4 bal gücündə zəlzələlər baş verib.

Lim10.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Egey dənizi olub.

Qeyd edək ki, dünən də Egey dənizində bir neçə ardıcıl təkanlar qeydə alınıb.