İlon Mask: "USAID cinayətkar təşkilatdır"

Amerikalı sahibkar İlon Mask ABŞ-nin USAID Beynəlxalq İnkişaf Agentliyini sonu gəlməli olan cinayət təşkilat adlandırıb.

Lim10.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"USAID cinayətkar təşkilatdır. Onun məhv olmaq vaxtı gəlib çatıb", - milyarder bildirib.

Ayrı bir paylaşımında o, agentliyi ABŞ-yə nifrət edən radikal solçu marksistlərin ilan yuvası adlandırıb.