Avropa İttifaqı ABŞ-yə xəbərdarlıq etdi
ABŞ Avropa İttifaqı (Aİ) ölkələrindən gələn mallara rüsum tətbiq etsə, birlik buna sərt reaksiya verəcək.
Lim10.az xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
"Aİ qəti şəkildə inanır ki, aşağı tariflər artıma və iqtisadi sabitliyə kömək edir, lakin ədalətsiz tariflər tətbiq olunsa, sərt şəkildə cavab veriləcək", - mənbə bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumların tətbiqi haqqında fərman imzalayıb. Meksika və Kanadadan idxala 25 % rüsum tətbiq ediləcək. Çindən gələn mallara isə 10 % əlavə rüsumlar tətbiq olunacaq.