USAID qalmaqalı davam edir: Mask koronavirusu yaratmaqda, Tramp ifrat radikallıqda günahlandırdı
"ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) "ifrat radikallar" rəhbərlik edirlər".
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
Ağ Ev rəhbəri onları kənarlaşdıracağını vəd edib.
Qeyd edək ki, ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask da USAID-i kəskin tənqid edərək, agentliyi sonu gəlməli olan adlandırıb. Bundan əlavə, o, USAID-i "Amerikaya nifrət edən radikal sol marksistlərin yuvası" kimi xarakterizə edib. Maskın sözlərinə görə, agentlik koronavirus da daxil olmaqla bioloji silahların yaradılmasına pul yönəldib.
Xatırladaq ki, fevralın 2-də USAID-in saytının və onun "X" sosial şəbəkəsindəki səhifəsinin məlum oldu. Sayta daxil olmağa cəhd edərkən https://www.usaid.gov/ veb-səhifəsinin müvəqqəti əlçatmaz ola biləcəyi və ya daimi olaraq yeni ünvana köçürüldüyü göstərilir. Saytın silindiyi, yoxsa bağlandığı hələ məlum deyil.
Bundan əvvəl isə təşkilatın 50-dən çox dövlət qulluqçusunun təcili olaraq göndərildiyi xəbəri verilib.
Yanvarın sonunda mediada USAID-in Kiyevə dəstək layihələrinin dondurulduğu bildirilib. Ukraynada layihələrə məsul olan təşkilatın əməkdaşlarına bütün işləri dayandırmaq əmri verilib. 2022-ci ildən USAID Ukraynaya humanitar yardım və dəstək olaraq 7.6 milyard dollardan çox vəsait ayırıb.