Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib
"Vaşinqtondakı təyyarə qəzasında həlak olan 67 nəfərdən 55-nin cəsədi tapılıb və müəyyən edilib".
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə ABŞ paytaxtının Yanğından Mühafizə və Tibbi Yardım Departamentindən xəbər verilib.
Həmçinin bildirilir ki, dalğıclardan biri hipotermiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Qurumdan vurğulanıb ki, bu gün təyyarə qalıqlarının qaldırılmasına başlanılması planlaşdırılır.
Xatırladaq ki, yanvarın 29-da "PSA Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqton hava limanına eniş edərkən təlim uçuşu həyata keçirən "Sikorsky UH-60" ("Black Hawk") hərbi helikopteri ilə . Hər iki hava gəmisi çaya düşüb. Təyyarədə 64, helikopterdə isə 3 nəfər olub. Onların hamısı ölüb. ABŞ Müdafiə Nazirliyinin qərarına əsasən, hərbi helikopterin həlak olan ekipaj üzvlərindən . Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib.